Attestasiyadan keçməyən müəllimlərə yenidən işləmək imkanı


Attestasiyadan keçə bilməyən bir qrup musiqi müəlliminə yenidən işləmək şansı veriləcək.



AFN.az Modern.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi attestasiyadan kiçik səs çoxluğu ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin pedoqoji fəaliyyətə qayıtmasına imkan yaradıb.



"Attestasiyadan kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Xüsusi müsabiqə "Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq keçiriləcək və müəllim müsabiqədə uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək”, deyə nazirlikdən bildirilib.



Qeyd edək ki, 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə nazirliyin nəzdindəki musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsinə başlanılıb. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.



492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu