Kamboca və Tailand atəşkəs üçün görüşməyə hazırdır - Tramp


Kamboca və Tailand hakimiyyətləri atəşkəs rejimini müzakirə etmək üçün dərhal görüşməyə hazır olduqlarını bildiriblər.

AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

“Onlar dərhal görüşməyə və tezliklə atəşkəs və nəticədə sülhə nail olmağa razılaşıblar”, - deyə o, “Truth” sosial səhifəsində yazıb.

Tramp xəbərdarlıq edib ki, tərəflər mübarizəni dayandırana qədər ABŞ Tailand və ya Kamboca ilə ticarət danışıqları aparmayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu