Miçiqanda supermarketdə bıçaqlı hücum – 11 yaralı var


ABŞ-ın Miçiqan ştatının Travers-Siti şəhərində Ualmart supermarketində naməlum bıçaqlı şəxsin hücumu nəticəsində ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Ştat polisinin məlumatına görə, şübhəli saxlanılıb. "Şübhəli nəzarət altındadır, hadisənin təfərrüatları barədə məlumat məhduddur", — deyə hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir.

Polis hadisəni araşdırır. Hücum motivləri və yaralıların vəziyyəti barədə məlumat verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu