İsrail HƏMAS-a qarşı əməliyyatları yekunlaşdırmağa yaxınlaşır


İsrail Qəzza zolağında fəaliyyət göstərən radikal Fələstin HƏMAS hərəkatına və bölgədəki “İran oxunun” digər iştirakçılarına qarşı hərbi əməliyyatlarını tamamlamağa yaxındır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu Qüdsdə Knesset Muzeyinin (İsrail parlamenti) açılış mərasimində çıxışı zamanı bildirib.

“Məhz bu günlərdə, bizi məhv etmək məqsədi ilə üzərimizə gələnlər üzərində böyük qələbələr qazandığımız, kampaniyanı yekunlaşdırmaq üzrə olduğumuz bir vaxtda — İran oxunun qalan hissələrini məhv etmək və bütün girovlarımızı, istər sağ, istərsə də həlak olmuş, azad etmək üçün çalışarkən — biz burada, əbədi paytaxtımız Qüdsün mərkəzində qeyd edirik. Bu, bizim mövcudiyyətimizin və dövlətimizin müstəqilliyinin bayramıdır”, – deyə baş nazirin ofisi Netanyahunun sözlərini ictimailəşdirib.

Ötən həftə İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək və 2023-cü ilin oktyabrından davam edən əməliyyatları genişləndirmək planını təsdiqləyib.

“İran oxu” anlayışı ilə İsrail rəhbərliyi HƏMAS-la yanaşı Livandakı şiə Hizbullah hərəkatını, Yəbullahi-Həsər təşkilatını, həmçinin Suriya və İraqda fəaliyyət göstərən iranpərəst şiə qruplarını nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu