Ukrayna nizamlanması üçün torpaq mübadiləsi tələb olunacaq - Pit Heqset

Pentaqon rəhbəri Pit Heqset Ukraynada istənilən sülh sazişinin qarşılıqlı güzəştlər, o cümlədən torpaq mübadiləsini tələb edə biləcəyini bildirib.
AFN.az-ın məlumatına görə, "Fox News"a müsahibə verən Heqset, belə bir razılaşmanın heç bir tərəfi tam qane etməyəcəyini deyib: “Torpaq mübadiləsi ola bilər. Güzəştlər olacaq. Heç kim tamamilə xoşbəxt olmayacaq”.
Torpaq mübadiləsinin presedent yaratmasından narahat olub-olmadığı sualına cavabında isə o belə deyib: “Xeyr, çünki bu, prezident Trampın başladığı müharibə deyil. O, buna səbəb olmadı. Buna əvvəlki administrasiyaların – Obama və Baydenin – zəifliyi səbəb oldu”.
Alyaskada keçiriləcək ABŞ–Rusiya sammitində Ukrayna məsələsinin əsas mövzu olacağı gözlənilir.