Niderlandda ölkə üzrə isti hava xəbərdarlığı edilib

Niderland İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) bu gündən etibarən ölkə üzrə temperaturun rekord həddə yüksələcəyinin gözlənildiyini və “İsti Hava Planı”nın tətbiq olunacağını açıqlayıb.
RIVM-in məlumatında xüsusilə xroniki xəstəliyi olanların və yaşlıların ehtiyatlı olmaları vacib vurğulanaraq, həddindən artıq isti havaya qarşı tədbirlər görməyə çağırış edilib.
Plan çərçivəsində vətəndaşlara evdə qalmaq, bol su içmək və mümkün qədər kölgəli yerlərdə olmaq tövsiyə olunub.
Bildirilib ki, İsti Hava Planı çərçivəsində xəstəxanalar və səhiyyə müəssisələri hazır vəziyyətə gətiriləcək, təcili yardım xidmətləri gücləndiriləcək. Xüsusilə 75 yaşdan yuxarı şəxslərin, eləcə də ürək-damar və tənəffüs yolu xəstəlikləri kimi xroniki problemləri olanların əlavə tədbirlər görməsi tövsiyə olunub.
İsti hava planının qüvvəyə minməsi ilə insanlar sərinləmək üçün parklara, açıq məkanlara və hovuzlara üz tutublar.