Zelenski: Donbasdan çıxmaq və işğal olunmuş əraziləri tanımaq mümkün deyil

Ukrayna Donbasdan qoşunlarını çıxarmaq və ərazilərin itirilməsini qanuni olaraq tanımaq niyyətində deyil.
AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Əgər şərqdən getməkdən danışırıqsa, bunu edə bilmərik”, - deyə o, qoşunların Donbasdan çıxarılması ilə bağlı sualı cavablandırıb. “Amma bu, təkcə konstitusiya məsələsi deyil, bu, ölkəmizin yaşaması məsələsidir və burada ən möhkəm müdafiə xətləri, sənaye mərkəzlərinə qədər olan məsafələrdən söhbət gedir”, - əlavə edib.
Zelenski həmçinin Rusiyanın nəzarətində olan Sumı və Nikolayev vilayətlərinin ərazilərini mübadilə obyekti hesab etmədiyini, onları çox əhəmiyyətsiz hesab etdiyini açıqlayıb. O bildirib ki, Ukraynanın hansısa mübadilələrə hazır olması barədə yalnız bu tələblər qeyd olunandan sonra danışmaq olar. “Amma Ukrayna təbii ki, öz ərazilərinin işğalını hüquqi cəhətdən tanımır”, - deyə o əlavə edib.