Kamçatkada 5,8 bal gücündə zəlzələ baş verdi

Avropa-Aralıq dənizi Sismoloji Mərkəzinin açıqlamasına görə, Kamçatka yarımadasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
5,8 bal gücündə olan zəlzələ saat 14:21-də yerin 28 km dərinliyində baş verib.
Qeyd edək ki, Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasının ətrafında 30 iyulun ilk saatlarında 8,8 bal gücündə zəlzələ baş vermişdi.