Husilər Qırmızı dənizdə iki gəmiyə hücum ediblər


Husilər Qırmızı dənizdə iki gəmiyə hücum edib

AFN.az xəbər verir ki, Husilərin lideri Abdel Malek əl-Husi Qırmızı dənizin şimalında üsyançıların İsrail limanları ilə işləmək qadağasını pozan iki gəmiyə hücum etdiklərini açıqlayıb.

“Bu həftə Qırmızı dənizin şimalında iki əməliyyat həyata keçirdik və bu əməliyyat zamanı embarqonu pozan iki gəmiyə hücum etdik”, - deyə o, "Əl Məsirə" telekanalı tərəfindən yayımlanan müraciətində bildirib.

Hərəkat lideri hansı gəmilərin vurulduğunu dəqiqləşdirməyib, lakin gəmilərə məsafədə zərbə endirmək niyyətində olduqlarını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu