İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib


İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri 15 minə yaxın insanın yaşadığı Sinabang qəsəbəsindən 54 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu