Venesuela Kolumbiya sərhədinə 15 min təhlükəsizlik qüvvəsi yerləşdirəcək


Venesuela Daxili İşlər, Ədalət və Sülh naziri Diosdado Kabelo sərhəd keçidlərini təmin etmək məqsədilə Kolumbiya sərhədinə 15 min əsgər və polis qüvvəsinin yerləşdiriləcəyini açıqlayıb.

Dövlət televiziyasına müsahibəsində Kabelo bildirib ki, təhlükəsizlik qüvvələri Kolumbiya sərhədindəki Sulia və Taçira ştatlarına göndəriləcək.

Nazirin sözlərinə görə, qadın və kişilərdən ibarət 15 min nəfərlik əsgər və polis qüvvələrinin yerləşdirilməsinə dərhal başlanılacaq.

Kabelo sərhəddə heç bir qanunsuz fəaliyyətə icazə verilməyəcəyini də vurğulayıb: “Ölkənin hər yerində birləşmələrimiz var və verilən tapşırığı yerinə yetirirlər. Verəcəyimiz cavab venesuelalıların sülhünü və təhlükəsizliyini təmin etməkdir. Bu, hər hansı ehtimala sürətli şəkildə cavab vermək üçün effektiv döyüş birləşməsidir”.

Son dövrdə həyata keçirilən əməliyyatlardan da danışan Kabelo bildirib ki, əməliyyatlarda 480-dən çox uzun və qısa lüləli silah ələ keçirilib: "Biz burada narkotiklə köklü mübarizə aparırıq, müvəqqəti yox. 2025-ci ildə 52 tondan artıq narkotik maddə müsadirə etmişik”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu