İsrail Livanda Hizbullah xüsusi təyinatlı batalyonunun qərargah rəisini öldürüb


İsrail ordusu Livanın cənubunda "Hizbullah" şiə təşkilatının "Radvan" xüsusi təyinatlı batalyonunun qərargah rəisini öldürüb.

AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubunda “Hizbullah” hərəkatının Radvan qüvvələri batalyonunun qərargah rəisini vuraraq öldürüb”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, terrorçunun hərəkətləri İsrail və Livan arasında atəşkəs haqqında razılaşmaların pozulmasına hesablanmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu