Vitkoff Ukrayna ilə bağlı görüş üçün Parisə gəlir


ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff sentyabrın 4-də keçiriləcək Ukrayna üzrə koalisiyanın nümayəndələrinin görüşündən əvvəl Parisə gəlib.

AFN.az xəbər verir ki, bu barədə Reuters diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vitkoffun Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparacağı gözlənilir, lakin onun sentyabrın 4-də keçiriləcək müzakirədə iştirak edib-etməyəcəyi barədə hələlik dəqiq məlumat yoxdur.

Bundan əvvəl Agence France-Presse məlumat vermişdi ki, Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri, həmçinin Vladimir Zelenski sentyabrın 4-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacaqlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu