Tramp: ABŞ narazı olarsa, Rusiyaya qarşı addım atacaq


ABŞ Rusiyanın Ukrayna böhranı ilə bağlı addımlarından narazı olarsa, addım atacaq.

AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Polşa prezidenti Karol Navroçki ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim Rusiya prezidenti Vladimir Putinə mesajım yoxdur. O, mənim mövqeyimi bilir. O, bu və ya digər qərar verəcək. Onun qərarı nə olursa olsun, biz ya buna sevinəcəyik, ya da buna razı olmayacağıq. Və biz xoşbəxt olmasaq, nəyinsə baş verdiyini görəcəksiniz", - deyə Tramp məsələ ilə bağlı sualı cavablandırarkən bildirib. O, dəqiq nə demək istədiyini açıqlamayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu