Zelenski Putinin Moskva dəvətinə cavab verib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin ikitərəfli görüş üçün onu Moskvaya dəvət etməsinə münasibət bildirib.
AFN.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski bu açıqlamanı Parisdə “istəklilər koalisiyası”nın görüşündən sonra keçirilən mətbuat konfransında verib.
Prezident bildirib: "Amerikalı tərəfdaşlarımız bizə dedi ki, Putin məni Moskvaya dəvət edib. Hesab edirəm ki, görüşün baş tutmamasını istədiyi üçün bunu edib".
O əlavə edib ki, əgər Rusiya görüş haqqında danışmağa başlayıbsa, bu, pis deyil. Lakin Zelenski vurğulayıb ki, hələ ki, Ukrayna onların müharibəni bitirmək istəyini görmür: "Yetkin liderlər bu səviyyəli görüşü hansısa nəticə ilə, müharibənin bitməsi ilə tərk etməlidirlər".
