Nepal Baş naziri Oli 19 nəfərin öldüyü etirazlar səbəbilə istefa verdi
Nepalın Baş naziri Xadqa Prasad Şarma Olinin sosial şəbəkələrə giriş qadağası ilə başlayan və 19 nəfərin həyatını itirdiyi etirazlar səbəbindən istefa verdiyi bildirilib.
Nepalda sosial şəbəkələrə giriş qadağasına qarşı başlayan, 19 nəfərin həlak olduğu və 400-dən çox insanın yaralandığı etiraz aksiyaları davam edir.
Kathmandu Post qəzetinin xəbərinə görə, baş nazirlik ofisinin yaydığı açıqlamada şiddətli etirazlar və hökumətə yönələn reaksiyalar fonunda baş nazir Olinin istefa verdiyi açıqlanıb.
Nepalın Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Qurunq isə müxalifətin iddialarının əksinə olaraq, baş nazir Olinin istefa etməyəcəyini bəyan etmişdi. Qurunq sosial şəbəkə qadağasının yaxın zamanda aradan qaldırılacağını da bildirmişdi.
Şiddətli etirazlarla silkələnən ölkədə daxili işlər naziri Rameş Lekhakdan sonra kənd təsərrüfatı və heyvandarlıq naziri Ramnat Adhikari də istefa verdiyini açıqlayıb.

