Rutte: NATO Polşada pilotsuz təyyarə insidentini hərtərəfli qiymətləndirir


Şimali Atlantika Alyansı Polşa səmasında dron insidentinin hərtərəfli qiymətləndirilməsini həyata keçirir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Şimali Atlantika Şurası bu gün səhər saatlarında Polşanın Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən tələb etdiyi məsləhətləşmələr fonunda vəziyyəti müzakirə etmək üçün toplaşıb. Hadisənin hərtərəfli qiymətləndirilməsi aparılır", - deyə o, bildirib.

Rutte əlavə edib ki, alyans şərq cinahında baş verənləri diqqətlə izləyəcək və hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətində saxlayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu