Grossi: MAQATE ilə əməkdaşlığın dayandırılması heç kimə üstünlük gətirməyəcək
MAQATE ilə əməkdaşlığın dayandırılması heç kimə müsbət nəticə verməyəcək.
AFN.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Grossi bildirib. O bu haqda Moskva şəhərində keçirilən “Bilik. İlk addımlar” marafonunda danışıb.
Qrossi qeyd edib: “Mesajım İrana və bütün ölkələrədir: MAQATE ilə əməkdaşlığı dayandırmaqla heç bir üstünlük əldə etmək mümkün deyil, çünki bizim yoxlamalar nüvə fəaliyyətinin nüvə silahının hazırlanmasına yönəlmədiyinə əmin olmağa imkan verir”.
