ABŞ Çinlə mümkün qarşıdurma fonunda raket ehtiyatlarını artırmağı planlaşdırır - KİV


Pentaqon Çinlə gələcəkdə ola biləcək hərbi qarşıdurmasını nəzərə alaraq raket ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla yazıb. Müdafiə Nazirliyi ABŞ-ın əlindəki arsenalın kifayət etməyəcəyindən narahatdır və istehsalın sürətləndirilməsi üçün raket istehsalçılarına təzyiq göstərir.

Mənbələr bildirirlər ki, müzakirələrdə əsasən tələbatı yüksək olan 12 növ silahın istehsalının sürətləndirilməsi nəzərdə tutulub. Onların sırasına "Patriot" müdafiə raketləri, uzunmənzilli gəmiəleyhinə raketlər, SM‑6 zenit raketləri, "Precision Strike" tipli raketlər"AGM‑158 JASSM" daxildir.

Pentaqon rəhbərliyi istehsalın iki qat və ya hətta dörd qat artırılması kimi qeyri-adi yolları, üçüncü tərəf istehsalçılarına lisenziyalaşdırmanı və xüsusi maliyyələşdirmə mexanizmlərini nəzərdən keçirir. Lakin administrasiya və müdafiə sənayesindəki bəzi rəsmilər belə sürətli hədəflərin reallığa uyğun olub‑olmadığı barədə narahatdırlar — təkcə müəyyən raketlərin yığılması iki il və daha artıq vaxt tələb edə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu