Yaponiya "Patriot" sistemləri üçün raketlərin ABŞ-a tədarükünə dair müqavilə imzalayıb


Yaponiya Müdafiə Nazirliyi Amerika istehsalı olan "Patriot PAC-3" raketdən müdafiə sistemləri üçün ABŞ-a raketlərin tədarükü ilə bağlı ilk müqaviləni imzalayıb.


“Yomiuri” qəzeti Yaponiyanın hərbi idarəsinə istinadən yazır ki, bu, ABŞ ordusunun Ukraynaya bu cür silahların verilməsi ilə əlaqədar ciddi şəkildə azaldılan ehtiyatlarını artırmaq üçün nəzərdə tutulub.

Nəşr bildirir ki, müqavilənin məbləği təxminən 3 milyard yen təşkil edir. ABŞ-a ötürülən raketlərin sayı dəqiqləşdirilməyib.

"Patriot" PAC-3 raketdən müdafiə sistemləri və onlar üçün raketlər Yaponiyada ağır mühəndislik korporasiyası "Mitsubishi Heavy Industries" tərəfindən Amerika lisenziyası əsasında istehsal olunur. Hələ 2023-cü ilin dekabrında Yaponiya hökuməti bu silahların Tokionun icazəsi olmadan birbaşa Ukraynaya verilməməsi şərti ilə onların ABŞ-a satışına icazə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu