Makron Maya Sanduya qızıl hədiyyə edib
Moldova prezidenti Maia Sandu Fransa prezidenti Emmanuel Makrondan təxminən 600 dollar dəyərində qızılla örtülmüş diyircəkli qələm hədiyyə alıb.
AFN.az xəbər verir ki, bu barədə "Newsmaker.md" portalı Sandu administrasiyasının dərc etdiyi Moldova dövlət başçısına hədiyyələrin siyahısına istinadən məlumat yayıb.
"Ən bahalı hədiyyə qızılla örtülmüş diyircəkli qələm olub. Onun dəyəri 9 950 ley qiymətləndirilir. Fransa prezidenti Emmanuel Makron bu hədiyyəni Sanduya Müstəqillik Günü münasibətilə Kişinyova səfəri zamanı təqdim edib", - deyə nəşrdə qeyd olunub.
2025-ci ilin iyul-sentyabr aylarında Maia Sandu ümumilikdə 24 hədiyyə qəbul edib və onların ümumi dəyəri 3400 dollardan çox olub.

