Moldova prezidenti Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb


İyunun 21-də Moldova prezidenti Maia Sandu Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb.



“Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə namizəd statusu aldıqdan iki il sonra iyunun 25-də Moldova-Aİ hökumətlərarası birinci konfrans keçiriləcək və üzvlük danışıqlarının başlanğıcını qeyd edəcək”, – prezident özünün Facebook səhifəsində yazıb.

Sandu həmçinin qeyd edib ki, Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova Kişinyov üzrə danışıqların baş rəhbəri təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu