Tramp “Tomahawk” raketləri ilə bağlı qərar qəbul edib


ABŞ prezidenti Donald Tramp “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etdiyini, lakin münaqişənin daha da gərginləşməsini istəmədiyini bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən eskalasiyanın tərəfdarı deyiləm”.

O, raketlərin Kiyevə verilib-verilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, artıq qərar verib. Lakin qərarın detalları barədə açıqlama verməyib.

Tramp Ukraynanın bu raketlərdən necə istifadə edəcəyini öyrənmək istədiyini vurğulayıb: “Mən bilmək istəyirəm, onları hara yönəldəcəklər. Yəqin, bu barədə suallar verməli olacağam”.

Ukraynadakı müharibəyə bir daha münasibət bildirən ABŞ lideri qeyd edib: “Bu müharibə heç vaxt başlamamalı idi. Hər iki tərəf çox pis qərarlar qəbul etdi. Rusiya-Ukrayna müharibəsində heç kim yaxşı görünmür”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu