Ulduz futbolçudan "Qalatasaray"a pis xəbər: Bir ay oynamayacaq


"Qalatasaray" klubunun Fil Dişi Sahilindən olan müdafiəçisi Vilfrid Sinqo təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

AFN.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xatırladaq ki, 24 yaşlı futbolçu "Beşiktaş"la baş tutan derbi matçında zədə alıb. Aparılan tibbi müayinələr nəticəsində onun sol arxa əzələsində orta dərəcəli dartılma və qanaxma aşkarlanıb. Klubun həkim heyəti artıq futbolçunun müalicəsinə başlayıb.

Məlumata görə, Sinqo təxminən bir ay müddətində oynaya bilməyəcək. Bu səbəbdən o, Fil Dişi Sahilinin Seyşel adalarıKeniya yığmalarına qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək. Eyni zamanda, müdafiəçi "Qalatasaray"ın Super Liqadakı "Başakşəhər" və Çempionlar Liqasındakı "Bodo Qlimt" görüşlərini də buraxacaq. Həmçinin, onun "Göztepe" və "Trabzonspor" qarşılaşmalarında da oynamaq ehtimalı az qiymətləndirilir.

Tibbi personal 24 yaşlı oyunçunun 5 noyabrda "Ayaks"a qarşı keçiriləcək qarşılaşmaya qədər sağalması üçün çalışır.

Xatırladaq ki, Vilfrid Sinqo bu yay "Monako" klubundan "Qalatasaray"a 30 milyon avro qarşılığında transfer olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu