Belçikada yerli siyasətçilərə sui-qəsddə şübhəli bilinən şəxslər həbs edilib
Belçikada terrorçu qruplaşmanın üç üzvü həbs edilib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bununla bağlı Belçika prokurorluğu məlumat yayıb. Bildirilir ki, həbs edilən şəxslər yerli siyasətçilərə qarşı sui-qəsd planları hazırlayıblarmış. Onlar PUA-lar vasitəsilə konkret hədəflərə hücum edəcəklərmiş.
Həbsi polisi reallaşdırıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq əməliyyatları davam etdirilir.



