Sabah NATO müttəfiqlərinin Ukraynaya silah verməsi ilə bağlı bəyanat veriləcək
ABŞ-ın NATO müttəfiqləri oktyabrın 15-də Ukraynaya silah alışı üçün vəsaitin ayrılması ilə bağlı böyük bəyanat vermək niyyətindədirlər.
AFN.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Uitaker qeyd edib ki, Ukraynanın rəvan və effektiv fəaliyyət göstərən PURL proqramı çərçivəsində ilk növbədə avropalı tərəfdaşlar tərəfindən verilən vəsait hesabına ABŞ-dan silah almaq imkanı var.
“Biz indi avropalı müttəfiqlərimizin alışlarını davam etdirməsini gözləyirik və sabah bu məsələ ilə bağlı böyük açıqlamalar verilə bilər. Bu, sülh razılaşmasına nail olmaq üçün ssenarinin yaradılmasına töhfə verməlidir”, - deyə Uitaker əlavə edib.
