Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verildi


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.

Bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.

MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib.

Qeyd edək ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət edib. O, bunu hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi ilə əsaslandırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu