Plastik çöp 40 illik cinayəti açdı


ABŞ-ın Nyu York ştatında 1984-cü ildə 16 yaşlı Tereza Fuskonun zorlanaraq öldürülməsi ilə bağlı iş 40 il sonra DNA sübutu ilə həll olunub.

Prokurorluq cinayət şübhəlisinin 63 yaşlı Riçard Bilodo olduğunu və kimliyinin smoothie kafedən çıxan zibil içindəki çöpdəki DNA vasitəsilə müəyyənləşdirildiyini açıqlayıb.

Nassau Rayon Prokuroru Anne Doneli deyib ki, Tereza Fuskonun həyatı 40 il əvvəl qəddarcasına oğurlandı və ailəsi illərlə onu kim öldürüb sualının ağrısı ilə yaşadı. Doneli bildirib ki, bu nəticə məhkəmə elmlərindəki fövqəladə inkişaflar və soyuq işlər qrupunun yorulmaz səyləri sayəsində əldə olunub.

Qeyd edək ki, hadisə ilə əlaqədar Con Restivo, Denis HolstidCon Koqut adlı üç kişi 1986-cı ildə qətl və zorlamada təqsirli bilinərək məhkum edilmişdi.

Lakin 2003-cü ildə DNT testləri cəsəddən götürülən nümunələrin müttəhimlərə aid olmadığını göstərdikdə, hökm ləğv edilmişdi. Koqut ikinci məhkəmədə bəraət almış, Restivo və Holstidə qarşı ittihamlar isə tamamilə götürülmüşdü.

Yeni DNA araşdırması göstərib ki, hadisə yerindən götürülən nümunələr Bilodonun genetik profili ilə tam uyğun gəlir. Bilodonun həmin dövrdə cinayət yerindən yalnız 1,5 kilometr məsafədə, Linbruk şəhərində valideynləri ilə yaşadığı müəyyən edilib.

Prokurorluğun məlumatına görə, Bilodo uzun müddət federal və yerli qruplar tərəfindən gizlicə izlənilib. Şübhəli keçən il Saffolk Kauntidə bir kafedə smoothie içərkən istifadə etdiyi stəkan və çöp tullantılarından DNA nümunəsi götürülüb. Bu nümunə 1984-cü ildə Fuskonun bədənindən götürülən DNA ilə uyğun gəlib.

Bilodo iki ayrı cinayət ittihamı ilə hakim qarşısına çıxarılıb və günahsız olduğunu iddia edib. Vəkili Daniel Russo deyib ki, bu iş, günahsızlıq prezumpsiyasının əhəmiyyətini ən yaxşı göstərən nümunələrdən biridir.

Prokuror Doneli “Ədalət bəzən gecikir, amma nəhayət yerini tapır” deyərək Fusko ailəsinin 40 illik gözləməsinə son qoyan xəbəri açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu