Səbuhinin meyiti tapıldı


Tovuzda həyat yoldaşını qətlə yetirən Səbuhi Hacızadə intihar edib.

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuz rayonunda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdikdən sonra sosial şəbəkədə paylaşım edərək yoxa çıxmışdı.

AFN.az xəbər verir ki, 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.

Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, təxminən 4 ay həmin ölkədə çalışıb və dünən Azərbaycana qayıdıb.

Məlumata görə, cütlüyün üç övladı var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu