Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
AFN.az “Yenisabah”a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.
Hazırda A.Şərifov xəstəxanada müalicə alır və həkim nəzarəti altındadır.
Onun ailə üzvləri də xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı Abid Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.


