Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər


Oktyabrın 20-dən 27-dək Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

İlin son dünya çempionatında iştirak edəcək heyət artıq müəyyənləşib.

Yarışa ilk olaraq yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyev ilə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mübarizə aparacaq.

Qadın güləşçilərimiz isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında xalçaya çıxacaq. Heyətdə Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Nərgiz Səmədova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədova (65 kq) yer alıb.

Son olaraq sərbəst güləşçilər yarışa qatılacaq. Onlara baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyev ilə Şərif Şərifov rəhbərlik edəcək. Komandada Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) yer alır.

Oktyabrın 20-dən 27-dək keçiriləcək görüşlər hər gün saat 12:00-da başlayacaq, medallar uğrunda qarşılaşmalar isə saat 20:00-da olacaq.

Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu