Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs həbs edildi



Qax rayonunda yerləşən iki evdən oğurluq edilib.

AFN.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb.

O, oğurladığı vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib.

Araşdırmalar zamanı müəyyən edilib ki, E. Rəşidov paytaxtın Binəqədi rayonunda da oğurluq edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu