"ETİ ilə 7 AZN-ə avtomobil qazanmaq şansı!" stimullaşdırıcı lotereyanın finalı keçirilib
“Araz” və “Spar” marketlərdə keçirilən "ETİ ilə 7 AZN-ə avtomobil qazanmaq şansı!" adlı stimullaşdırıcı lotereyasının qalibləri müəyyən olundu. “Araz market”in Hövsan 3 filialında 31 oktyabr tarixində, 5 münsif üzvinin müşaiyyəti ilə keçirilən tiraj canlı yayımla “Araz”ın “Instagram”dakı səhifəsində də yayımlanıb.
"ETİ ilə 7 AZN-ə avtomobil qazanmaq şansı!" adlı lotereyasında 5 qalib seçildi:
1) 2000********1514 nömrəli “Araz kart” sahibi Changan Nevo Q05, SUV, 5 qapı, 2025 il, 1.5 L / 215 a.g. / Plug-in Hibrid avtomobili,
2) 2015********1819 nömrəli kart sahibi Xiaomi Electric Scooter 5 DDHBC35ZM / BHR9618GL markalı elektrosamokat,
3) 2000********9994 nömrəli kart sahibi Xiaomi X20 Pro White markalı robot tozsoran,
4) 2000********5584 nömrəli kart sahibi 5 Slim 1 TB 1000040591 markalı playstation və
5) 2015********4990 nömrəli kart sahibi isə iPad 11-inch (A16) Wi-Fi 128 GB Blue planşeti udmuşlar.
Lotereyanın şərtlərinə görə 10 sentyabr – 10 oktyabr tarixləri müddətində istənilən "Araz” və "Spar” supermarketlər şəbəkələrindən ümumi dəyəri 7 AZN-dən az olmayaraq "ETİ" məhsulları alan, 18 yaşına çatmış, "Araz Supermarket” rəqəmsal və ya fiziki kartına sahib olan hər kəs lotereyada iştirak edə bilərdi.
Qalib şəxslə "Veysəloğlu” MMC əməkdaşları əlaqə saxlayaraq 90 gün ərzində hədiyyələri götürmələrini təmin edəcəklər.




