AzTV-dən palatanın aşkarladığı nöqsanlarla bağlı AÇIQLAMA


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Hesablama Palatasının açıqladığı audit nəticələri ilə bağlı açıqlama yayıb.

AFN.az-ın xəbərinə görə, açıqlamada deyilir: “Qonorar sistemindən tam imtina və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib. Əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar.”

“Düşünürük ki, qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sisteminin yaradılması məhsuldarlığa və işin keyfiyyətinə mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq.

Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq, məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik.”






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu