Nigeriya kilsə rəhbəri: Trampı xristianlar yox, resurslar maraqlandırır


ABŞ prezidenti Donald Trampın məqsədi Nigeriyadakı xristianların vəziyyətinə yardım etmək deyil, ölkənin təbii sərvətlərinə çıxış əldə etməkdir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Nigeriyanın Evanjelik Kilsəsinin lideri Elayca Ayodele səsləndirib. O, Trampın Nigeriyada “xristianların soyqırımı” baş verdiyi və ABŞ-ın hərbi müdaxilə edə biləcəyi barədə açıqlamalarını şərh edib.

“Nigeriya məsələsi soyqırımla bağlı deyil,” – deyə o, "Daily Post" qəzetinə bildirib. – “Nigeriya prezidenti Bola Tinubu heç vaxt Trampın dostu olmayıb. ABŞ-ın istədiyi yeganə şey – Nigeriyanın təbii resursları barədə Tinubu ilə danışıqlar aparmaqdır. Nigeriyanın problemlərini yalnız nigeriyalılar həll edə bilər, kənar adam bunu edə bilməz. Tramp Tanrı deyil, o sadəcə pula can atır. Əgər ABŞ doğrudan da kömək etmək istəyirsə, Nigeriya hökuməti ilə əməkdaşlıq etməlidir, təhdidlərlə heç nə həll olunmaz.” – deyə Ayodele qeyd edib.

Xatırladaq ki, Donald Tramp Pentaqona Nigeriyada “islamçı terrorçulara” qarşı hərbi tədbirlər planı hazırlamaq tapşırığı verdiyini açıqlayıb. O, xristianların bu ölkədə “məhv olmaq təhlükəsi ilə üzləşdiyini” iddia edib və onları qorumağa söz verdiyini deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu