Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb


Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 15 nəfər həyatını itirib.



İriqve Regional Gənclər Birliyinin baş katibi Sam Juqo verdiyi açıqlamada Plato əyalətinin Riyom bölgəsində silahlı hücum olduğunu bildirib.

Juqo hücumda 1 yaşlı körpə də daxil olmaqla 15 nəfərin öldüyünü açıqlayıb.

Hücumdan məsul olanların hələ bilinmədiyini bildirən Juqo, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edib.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, müxtəlif bölgələrdə silahlı dəstələrin, eləcə də terror təşkilatları "Boko Haram" və ISWAP-ın hücumları ilə mübarizə aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu