Nyu-Yorklular bu gün yeni bələdiyyə sədrini seçir
ABŞ-ın Nyu-York ştatında seçicilər bu gün yeni bələdiyyə sədrini müəyyənləşdirmək üçün səsverməyə gedirlər.
İyunda keçirilən ilkin seçkilərdə Demokrat Partiyasının namizədi kimi irəli çıxan Zohran Mamdani seçkilərin ikinci turuna müstəqil namizəd kimi qatılan keçmiş Nyu-York qubernatoru Endryu Kuomo və Respublikaçı namizəd Körtis Sliva ilə nəticə uğrunda yarışacaq.
İlkin seçkilərdə əsas rəqibi Kuomonu böyük fərqlə geridə qoyaraq seçkilərin əsas favoriti sayılan 34 yaşlı gənc demokrat Mamdani son sorğulara görə Kuomodan təxminən 12 faiz öndədir. Yeni bələdiyyə sədrinin müəyyənləşdirilməsi üçün iyunda başlayan proses Respublikaçı namizəd Slivanın qələbə ehtimalının çox aşağı olduğu bu mənzərədə bu gün yekunlaşacaq.
Nyu-York Seçki Komissiyasının məlumatına əsasən, şəhərdə təxminən 5,1 milyon qeydiyyatdan keçmiş seçici mövcuddur. Səsvermə prosesi yerli vaxtla səhər saat 06:00-dan axşam 21:00-a qədər davam edəcək.


