"3I/Atlas" kometa qeyri-adi sürətlənmə göstərir
Elm adamları Günəş sistemindən kənardan gələn “3I/Atlas” adlı kometanın cazibə qüvvəsindən asılı olmayan qeyri-adi bir sürətlənmə göstərdiyini aşkar ediblər.
NBC News-in məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) “3I/Atlas” kometanın qravitasiya təsiri xaricində hərəkət sürəti qazandığını müşahidə edib.
NASA-nın məlumatlarını təhlil edən Harvard Universitetinin astrofiziki Avi Loeb bu qeyri-adi sürətlənmənin ulduzdan çıxan qaz axınları ilə əlaqəli ola biləcəyini bildirib.
ALMA Rəsədxanasının məlumatları kometanın əvvəllər hesablanmış trayektoriyasından sapdığını göstərib. Loebin hesablamalarına görə, kometanın kütləsinin təxminən altıda biri buxarlanmış ola bilər və bu buxarlanma nəticəsində yaranan geri çəkilmə bir növ itələyici qüvvə rolunu oynayır.
Loeb əlavə edib ki, kometa bir-iki həftə ərzində Günəşin arxasında qalacaq və həmin vaxt əldə olunacaq görüntülərdə nəhəng qaz buludu və son dərəcə parlaq bir kometa görünə bilər.
İyulda kəşf edilən “3I/Atlas”-ın Yerə və ya qonşu planetlərə heç bir təhlükə yaratmadığı bildirilib. Proqnozlara görə, o, dekabrda Yerə ən yaxın məsafədən, təxminən 269 milyon kilometr uzaqlıqdan keçəcək.

