Alimlər yerlə toqquşmaq ehtimalı olan yeni asteroid kəşf ediblər


Alimlər eni 60 metr olan və 2032-ci ildə yerlə toqquşmaq ehtimalı olan yeni asteroid kəşf ediblər.



2024 YR4 adlanan bu asteroid 2032-ci ilin dekabrında yerə çox yaxınlaşacaq. Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın məlumatına görə, bu asteroid yerə 106 min kilometrə qədər yaxınlaşa bilər. Lakin orbitdəki qeyri-müəyyənlikləri nəzərə alsaq, yerlə birbaşa toqquşma ehtimalı da var.

Əgər 2024 YR4 yerə çırpılarsa, atmosferdə böyük partlayış (hava partlaması) və ya səthdə krater yarada bilər. Mütəxəssislərin fikrincə, bu toqquşma 1908-ci ildə Sibirdə milyonlarla ağacı məhv edən Tunquska hadisəsinə oxşar təsirlər göstərə bilər.

Hazırkı məlumatlara görə, mümkün toqquşma nöqtəsi Cənubi Amerikadan Atlantik okeanına və Cənubi Afrikaya qədər uzanan ərazini əhatə edir. Ancaq elm adamları qəti məlumatın yalnız sonrakı müşahidələrlə ortaya çıxacağını bildirirlər.

Asteroidin ölçüsü və quruluşu onun təsirinin miqyasını təyin edən ən mühüm amillərdir. Mövcud hesablamalara görə, 2024 YR4 eni təxminən 60 metrdir. Bununla belə, bu ölçü səthin parıltısından asılı olaraq dəyişə bilər. Daha tünddürsə daha kiçik, daha parlaqdırsa daha böyük görünə bilər. Alimlər 2028-ci ildə aparacaqları müşahidələrlə bu barədə daha çox məlumat əldə etməyi planlaşdırırlar.

NASA-nın dəstəklədiyi ATLAS layihəsi çərçivəsində Çilidə kəşf edilən bu asteroid daha sonra Arizonadakı Catalina Rəsədxanası tərəfindən müşahidə edilib.

Astronomlar yaxın illərdə 2024 YR4-ü yaxından izləyərək daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar. 2028-ci ildə asteroid Yerə yaxından keçəcək ki, bu da onun ölçüsü, strukturu və orbiti haqqında daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Müşahidələr nəticəsində bunun 2032-ci ildə həqiqətən təhlükə yaradıb-yaratmaması bəlli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu