NASA: Yerə nəhəng asteroid yaxınlaşır
Diametri 400 metrdən 1 km qədər olan asteroid yer kürəsinə yaxınlaşır.
NASA-nın məlumatına görə, oktyabrın 25-də kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.
Asteroidin Yer üçün təhlükəli olmadığı açıqlanıb – o planetdən 1 milyon kilometr məsafədə keçəcək.
Bu asteroid "Apollonlar” qrupuna aiddir və 18 aprel 1998-ci ildə kəşf edilib. Ümumilikdə isə qrupda 5 mindən çox asteroid mövcuddur.