Filippində tayfundan zərərçəkənlərin xilasına hərbçilər cəlb edilib


Filippin hakimiyyəti “Kalmaegi” tayfunu səbəbindən zərərçəkənlərin xilas əməliyyatlarına 1 312 hərbçini cəlb edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər yerli xidmətlərlə birlikdə su basmış kəndlərin sakinlərinin təxliyəsi üçün fəaliyyət göstərirlər. Artıq 48 nəfər xilas edilib və təxminən 130 min sakin təxliyə olunub. Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox hərbçi və ehtiyatçı da əməliyyatlara qoşulmağa hazırdır. Xilasetmə işlərində 34 hərbi yük maşını istifadə olunur.

Qeyd edək ki, tayfun nəticəsində azı 93 nəfər ölüb, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub. AFP agentliyinin məlumatına görə, ən çox zərər Sebu adasında şəhərlərə dəyib, yollar yağış suları ilə dolub. 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu