Belarus Litva yük maşınlarının çıxışını müvəqqəti dayandırıb
Belarus Litva nömrə nişanlı yük maşınlarının ölkə ərazisindən çıxışını müvəqqəti olaraq dayandırıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-da, saat 09:00-dan etibarən yükdaşıyıcıların dayanacaqlara nizamlı şəkildə yönləndirilməsi məqsədilə Litva qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Belarusdan çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Qurum vəziyyəti daim izlədiyini və yaranmış şəraitdə operativ tədbirlər görməyə hazır olduğunu qeyd edib.


