Belçikada 17 yaşlı gənclər könüllü hərbi xidmətə çağırılıb
Belçikanın müdafiə naziri Teo Franken 17 yaşlı 149 min gəncə məktub göndərərək onları könüllü hərbi xidmətə çağırıb.
Franken X hesabında paylaşım edərək 149 min məktubun poçt vasitəsilə göndərildiyini bildirib.
Nazir ölkə üzrə bütün 17 yaşlı gəncləri ümumilikdə Müdafiə Nazirliyinə, xüsusilə isə könüllü hərbi xidmətə qoşulmağa təşviq etdiklərini qeyd edib.
Fransızdilli Le Soir xəbər saytının məlumatına görə, gəncləri könüllü hərbi xidmətə təşviq etmə təşəbbüsünə sentyabr ayında təsdiq verilib.
Könüllü xidmət öyrədici bir təcrübə kimi nəzərdə tutulsa da, müxalifət bu addımı cəmiyyətin hərbiləşdirilməsi kimi tənqid edir.





