Tramp: Çıxışımı dəyişdirdikləri üçün qovuldular


ABŞ Prezidenti Donald Tramp İngiltərənin ictimai yayımçısı BBC-nin yüksək vəzifəli rəhbərlərinin 2021-ci il Konqres hücumuna dair çıxışını dəyişdikləri və bunun üzə çıxması səbəbilə işdən qovulduqlarını bildirib.

Tramp Truth Social hesabından BBC baş direktoru Tim Deyvixəbərlər departamentinin rəhbəri Debora Törnessin istefası ilə bağlı açıqlama yayıb.

BBC-də ən yüksək səviyyəli şəxslər, o cümlədən rəhbər Tim Deyvi mənim 6 yanvar çıxışımı dəyişdirərkən yaxalandıqları üçün qovuldular” deyə Tramp bildirib və çıxışın dəyişdirilməsini işıqlandıran The Telegraph qəzetinə təşəkkürünü bildirib.

Ağ Ev sözçüsü Karolin LevittX-də paylaşım edərək, BBC-nin Tramp əleyhinə saxta xəbər yaydığı üçün batdığını irəli sürüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu