Tramp Qəzza sülh planının ikinci mərhələsinin başladığını elan edib


ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı ilə bağlı sülh planının ikinci mərhələsinə start verildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, dövlət başçısı bu barədə "Truth Social" sosial platformasında paylaşım edib.

Tramp qeyd edib ki, sülh prosesinin birinci mərhələsi nəticəsində 20 girov azad edilib, lakin həlak olanların cəsədlərinin qaytarılması prosesi hələ davam edir. Prezident vurğulayıb ki, bu hadisə tərəflər arasında danışıqların növbəti və daha çətin mərhələsinə keçidi zəruri edib.

"İkinci mərhələ dərhal başlayacaq" – deyə Tramp əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu