Tramp: Bizə Qəzza razılaşması lazımdır, girovlar qaytarılmalıdır

ABŞ prezidenti Donald Tramp Qəzzada nizamlanmaya və girovların qaytarılmasına çağırıb.
AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb. “Bizə Qəzza razılaşması lazımdır, girovları qaytarmalıyıq!!!” - deyə Tramp qeyd edib.
Bundan əvvəl Tramp Qəzza zolağında münaqişənin həllində mühüm irəliləyişin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr enklavda saxlanılan girovların azad edilməsinə kömək edə bilər.