Bayden və Tramp yanvaradək Qəzzada girov məsələsini həll etmək niyyətindədirlər
ABŞ prezidenti Co Bayden və yeni seçilmiş prezident Donald Tramp yanvarın 20-dək Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə nail olmaq üçün əməkdaşlıq etmək niyyətindədirlər.
AFN.az xəbər verir ki, bu "barədə" Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Bayden Oval kabinetdə Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girovluqda olan amerikalıların qohumları ilə görüş keçirib. Mənbələrdən biri bildirib ki, prezident ailələrə o və Trampın 2025-ci il yanvarın 20-nə, seçilmiş dövlət başçısının andiçmə mərasiminə qədər girovların azad edilməsini təmin etmək niyyətində olduğunu deyib.
Portalın məlumatına görə, Bayden Trampla iki saatlıq söhbəti zamanı İsrail və HƏMAS arasında girovların qaytarılması və Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair razılığa nail olmaq üçün qüvvələri birləşdirməyi xahiş edib. Qeyd olunur ki, Bayden prezidentlik müddətinin qalan iki ayını Qəzza danışıqlarında “uzun sürən çıxılmaz vəziyyətdən” çıxmaq üçün istifadə etmək istəyir. Portal hesab edir ki, Tramp yəqin ki, inauqurasiya gününü dünyada daha az böhranla qarşılamaq istəyir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivanın sözlərinə görə, Ağ Ev Tramp komandasına Qəzzadan girovların azad edilməsi məsələsində birgə işləməyə hazır olduğu barədə siqnal göndərib.