Tramp: Qəzza və Ukrayna üzrə irəliləyiş əldə olunub

Tramp Qəzza zolağında və Ukraynada irəliləyişin olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında və Ukraynada münaqişələrin həllində irəliləyiş əldə edildiyinə inanır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rutte ilə alyansın sammiti çərçivəsində keçirilən görüşdə bildirib. Xüsusilə Qəzza zolağı ilə bağlı mühüm irəliləyiş olduğunu deyən ABŞ prezidenti bildirib ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr enklavda saxlanılan girovların azad edilməsinə töhfə verə bilər.
"Düşünürəm ki, bu, bir az kömək etdi. Ancaq bundan başqa, hətta ondan əvvəl də biz Qəzza ilə bağlı saziş bağlamağa çox yaxın idik", - deyə o qeyd edib.