Bayden Qəzza danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
ABŞ prezidenti Co Bayden hesab edir ki, HƏMAS-la girovlarınıazad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda irəliləyiş əldə olunub.
AFN.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz real irəliləyiş əldə edirik. Mən bu gün danışıqlar aparan şəxslərlə görüşdüm", - deyə Amerika lideri bildirib. Bayden Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsinə toxunaraq, buna hələ də ümid olduğunu bildirib: "Hazırda HƏMAS belə bir mübadilənin baş tutmasına mane olur. Ancaq mən buna nail ola bilərik. Biz buna nail olmalıyıq".
Bayden həmçinin Livanın yeni seçilmiş prezidenti Cozef Aun ilə telefon danışığı apardığını bildirib. Bununla bağlı Amerika lideri vurğulayıb ki, Livan silahlı qüvvələri HƏMAS, Hizbullah və ya hər hansı digər qruplaşmaya deyil, Livan xalqına cavabdeh olmalıdır.