Tramp HƏMAS üzvlərinin hamısını öldürməklə hədələdi

ABŞ prezidenti Donald Tramp HƏMAS hərəkatından Qəzza zolağında saxlanılan bütün girovları dərhal azad etməyi və ölənlərin cəsədlərini təhvil verməyi tələb edib.
AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu "son xəbərdarlıq" adlandırıb.
"Seçə bilərsiniz: girovun hamısını indi buraxın, sonra deyil. Öldürdüyünüz bütün insanların cəsədlərini dərhal qaytarın, yoxsa sizin sonunuzdur”, - deyə o, "Truth" sosial şəbəkəsində yazıb: “Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm və siz mənim dediklərimi etməsəniz, heç bir HƏMAS üzvü sağ qalmayacaq. Bu, son xəbərdarlıqdır! HƏMAS rəhbərliyinə gəlincə, hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır. Qəzzə xalqına isə demək istəyirəm ki, sizin parlaq gələcəyiniz var, amma girovları saxlasanız bu olmayacaq. Əgər belə etsəniz, özünüzü ölmüş bilin! Ağıllı qərar verin. Girovları indi azad edin, əks halda bu, sonradan sizə çox baha başa gələcək", - deyə ABŞ prezidenti qeyd edib.